Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin təşkilatçılığı ilə karyera planlamasına həsr olunan seminar keçirilib

690913022_1486151126630913_4201047460291089669_n.jpg
1 / 5

6 may 2026-cı il tarixində təşkil olunan seminarda II tədris ili tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova karyera planlamasının gənclərin gələcək uğurlarında mühüm rol oynadığını vurğulayıb. Düzgün ixtisas və fəaliyyət istiqamətinin seçilməsinin gələcəkdə uğurlu kadr kimi formalaşmaq baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Seminarda çıxış edən təhsil mütəxəssisi və filoloq Kamil Talıbov isə MiQ imtahanı, magistratura təhsili, şəxsi inkişaf imkanları ilə bağlı tələbələrlə fikirlərini bölüşüb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, seminar diskussiya şəraitində davam etdirilib.