Professor Mahirə Hüseynova Özbəkistan Respublikasının Asiya Beynəlxalq Universitetinin Fəxri professoru seçilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova Özbəkistan Respublikasının Asiya Beynəlxalq Universitetinin Fəxri professoru adına layiq görülüb. Fəxri professor diplomu Mahirə xanım Hüseynovaya Asiya Beynəlxalq Universitetinin rektoru Suxrob Dekhkanov tərəfindən təqdim olunub.
Səfər çərçivəsində, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Özbəkistan Respublikasının Asiya Beynəlxalq Universiteti arasında ikitərəfli əlaqələrin genişləndirilməsini nəzərdə tutan əməkdaşlığa dair anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, professor Mahirə Hüseynova və Müasir Azərbaycan dili kafedrasının müdiri prof. Könül Səmədova 22-23 may tarixlərində Asiya Beynəlxalq Universitetində keçirilən beynəlxalq konfransda geniş məruzə ilə çıxış ediblər.
