Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyi “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalında böyük uğura imza atıb.
Dərnək üzvləri Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” əsəri ilə səhnə alıb və festivalın ilk üçlüyünə daxil olublar.
Dərnəyin üzvü Xədicə Nəbizadə canlandırdığı obraz ilə festivalın “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi olub.
Qeyd edək ki, “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilib.
Bu parlaq qələbə münasibətilə “Meh” ədəbi dərnəyinin üzvlərini təbrik edir, onlara yeni uğurlar arzulayırıq!
