Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın təşkilində əməyi olan şəxslər və “Meh” ədəbi dərnəyinin üzvləri təltif ediliblər.
Filologiya fakültəsinin təşkilatçılığı ilə baş tutan “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” adlı Beynəlxalq Elmi Konfransın Təşkilat Komitəsinin üzvləri tədbirin uğurlu təşkili və elmi fəaliyyətə verdikləri töhfələrə görə sertifikatlarla mükafatlandırılıblar.
Bununla yanaşı, “Meh” ədəbi dərnəyinin üzvləri də il ərzində universitet və fakültə səviyyəsində keçirilən müxtəlif tədbirlərdə fəal iştirak etdiklərinə görə Filologiya fakültəsinin dekanı Könül Həsənova tərəfindən sertifikatlarla təltif olunublar.
Təltif olunan əməkdaş və tələbələrimizi ürəkdən təbrik edir, onlara elmi, yaradıcı və ictimai fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
